Ərdoğan açıqladı: bu bölgələr fəlakət zonası elan edildi

Ərdoğan açıqladı: bu bölgələr fəlakət zonası elan edildi

Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr "Ümumi həyata təsir edən fəlakət bölgəsi" elan edilib.

Turkic.World xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tvitter hesabında paylaşım edib.

"Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçekiz və Seyidkəmər rayonları, Mersinin Aydınçik və Silivke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan edilib. Millətimizin yaralarını sarımaq, zərərini qarşılamaq, imkanlarını daha yaxşı vəziyyətə gətirmək üçün bütün zəruri addımları atmağa davam edəcəyik", - deyə, paylaşımda qeyd olunub.