FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına yola düşüb.

Turkic.World xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq.

Qeyd edək ki, qardaş ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan FHN-in kifayət qədər qüvvəsi hazır vəziyyətə gətirilib və müraciət olunduqca hər an yola düşməyə hazırdır.