FHN: "Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir"

FHN: "Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir"

"İki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq".

Turkic.World xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik", - deyə, o qeyd edib.