18 mart tarixində dünyada nələr baş verib?

18 mart tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

18 mart tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

18/03/235 - Roma imperatoru Aleksandr Sever vəfat edib.

18/03/1438 - II. Albert Almaniya kralı olub.

18/03/1635 - IV. Muradın komandanlığı ilə Osmanlı Ordusu Səfəvilər dövlətinə qarşı Revan yürüşünə başlayıb

18/03/1915 - Antanta dövlətləri Çanaqqala boğazına girib, ancaq hücumları müvəffəqiyyətsiz olub və geri çəkiliblər.

18/03/1918 - Qarayazı, Nərman və Təkman düşmən işğalından azad edilib.

18/03/1921 - Monqolustan Xalq Ordusu yaradılıb.

18/03/1929 - Özbək şairi, yazıçısı və tərcüməçisi Həmzə Həkimzadə Niyazi vəfat edib.

18/03/1938 - Meksika öz sərhədləri daxilində bütün xarici neft şirkətlərini milliləşdirib.

18/03/1940 - Hitler və Mussolini Brenner keçidində görüşüblər. İtaliya Almaniyanın tərəfində müharibəyə girməyə qərar verib.

18/03/1953 - Balıkəsirdə Gönen rayonunda baş verən 7,4 bal gücündə zəlzələdə 265 nəfər vəfat edib.

18/03/1962 - Əlcəzair Müstəqillik Müharibəsi: Fransa Əlcəzairli üsyançılarla razılığa gəlib.

18/03/1965 - Kosmonavt Aleksey Leonov "Vosxod 2" kosmik gəmisini 12 dəqiqəyə tərk edərək açıq kosmosa çıxan ilk insan olub.

18/03/1979 - Azərbaycan xanəndəsi Xan Şuşinski vəfat edib.

18/03/1982 - Alman F1 pilotu Timo Glock anadan olub.

18/03/1991 - Azərbaycanda Xəzər Universiteti təsis edilib

18/03/1992 - Prezident De Klerk tərəfindən planlaşdırılan və Cənubi Afrika Respublikasında qaradərililərə bərabər vətəndaşlıq verən “Konstitusiya İslahatı Qanunu” ümumxalq səsverməsi ilə təsdiqlənib.

18/03/2005 - Nyu Yorkdakı məsciddə ilk dəfə bir qadın cümə namazını qıldırıb. 1426 illik İslam ənənəsinə görə bu, bir ilk olub.

18/03/2010 - TRT Haber yayıma başlayıb.

18/03/2020 - Avroviziya Mahnı Müsabiqəsi koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.