27 fevral tarixində dünyada nələr baş verib?

27 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

27 fevral tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

27/02/98 - 96-98-ci illərdə Roma imperatoru Nerva bbu gün vəfat edib.

27/02/272 - Konstantinopol şəhərinin və Şərqi Roma İmperiyasının qurucusu, "Böyük" ləqəbli I Konstantin bu gün anadan olub.

27/02/1425 - 1389-1425-ci illərdə Moskvanın Böyük Şahzadəsi Vasili I bu gün vəfat edib.

27/02/27/02/1594 - IV. Henri Fransa kralı olub.

27/02/1644 - Türk divan şairi və Şeyhülislam Zəkəriyyəzadə Yəhya bu gün vəfat edib.

27/02/1693 - Londonda ilk qadın jurnalı "The Ladies' Mercury" nəşr olunub.

27/02/1712 – Moğol İmperiyasının 7-ci şahı Bahadır şah bu gün vəfat edib.

27/02/1863 - Türkiyədə tanınan ilk rəsm sərgisi İstanbul Atmeydanında açılıb. Sultan Əbdüləziz sərginin açılışına dəstək verib.

27/02/1879 - Süni dadlandırıcı saxarin kəşf edilib.

27/02/1892 – Fransız çanta istehsalçısı Louis Vuitton bu gün vəfat edib.

27/02/1898 - Sonuncu Osmanlı xəlifəsi II. Abdülmecitin oğlu və bir dövr Fənərbaxça prezidenti olan Ömər Faruk Əfəndi bu gün anadan olub.

27/02/1918 - Trabzonun Çaykara mahalının rus və erməni işğalından azad edilməsi

27/02/1921 - Artvinin Şavşat mahalının gürcü işğalından azad edilməsi

27/02/1933 - Reyxstaq yanğını: Hadisədən sonra verilən fərmanla nasistlər diktaturalarının əsasını qoyublar.

27/02/1936 – Rus fizioloqu və tibb və ya fiziologiya üzrə Nobel mükafatı laureatı İvan Pavlov bu gün vəfat edib.

27/02/1937 - Özəl bir müəssisə tərəfindən inşa edilən ilk türk gəmisi "Belkıs" Haliçdə təşkil edilən mərasimlə suya salınıb.

27/02/1939 – Rus inqilabçısı və Leninin həyat yoldaşı Nadejda Krupskaya bu gün vəfat edib.

27/02/1939 – Yapon-fransız modelyer, iş adamı və kinorejissor Kenzo Takada bu gün anadan olub.

27/02/1964 - İstanbulda Coca-Cola-nın dünyada 1916-cı fabriki açılıb. Tamamilə daxili sərmayə ilə qurulan şirkətin kapitalı 14 milyon lirə idi.

27/02/1974 - Azərbaycan cüdoçusu Mövlud Mirəliyev bu gün anadan olub.

27/02/1988 - Türkiyədə ilk süni ürək əməliyyatı Ankara Universiteti Tibb Fakültəsi İbni Sina Xəstəxanasında həyata keçirilib. Əsil ürəyi tapmaq mümkün olmadığından xəstə bir müddət sonra dünyasını dəyişib.

27/02/2001 - Türkiyənin baş naziri Bülent Ecevit Dünya Bankının vitse-prezidenti Kamal Dərvişi məsləhətləşmələr üçün Türkiyəyə dəvət edib.

27/02/2011 - Türk siyasətçisi Necmettin Erbakan bu gün vəfat edib.

27/02/2015 – Rusiyalı müxalifət lideri və siyasətçi Boris Nemtsov bu gün vəfat edib.