Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək - Ayxan Hacızadə

Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək - Ayxan Hacızadə

Bakı. TurkicWorld:

Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün Twitter səhifəsində yazıb.

"Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür..

Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq!

Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik", - deyə A.Hacızadə bildirib.