Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Yaponiyanın şimalında 6,1 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsindən bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Hokkaydo adasında, ocağı isə 6 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.