24 fevral tarixində dünyada nələr baş verib?

24 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

24 fevral tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

24/02/303 - Qaleriusun fərmanı ilə Roma İmperiyasının ona aid olan hissəsində xristianlara qarşı zülümlər başladı.

24/02/1525 - Pavia döyüşündə İspaniya İmperator Ordusu Fransız Qüvvələrini məğlub edib.

24/02/1739 - Karnal döyüşündə Nadir şah Əfşarın komandanlığı altında olan əfşar ordusu özlərindən 6 dəfə çox olsa da, Moğol ordusunu 3 saat ərzində məğlub edib.

24/02/1863 - Arizona ABŞ-ın ərazisinə qatılıb.

24/02/1881 – Azərbaycan yazıçısı, şairi və müəllimi Abdulla Şaiq bu gün anadan olub.

24/02/1886 - Azərbaycan dövlət xadimi Abbasqulu bəy Şadlinski bu gün anadan olub

24/02/ 1895 - Osmanlı sülaləsinin şahzadəsi Osman Fuad Əfəndi bu gün anadan olub.

24/02/1918 - Estoniya Rusiyadan müstəqilliyini elan edib.

24/02/1918 - Trabzonun Yomra mahalı rus və erməni işğalından azad edilib.

24/02/1945 - Misirin baş naziri Əhməd Mahir Paşa parlamentdə qətlə yetirilib.

24/02/ 1955 – Amerika kompüter pioneri Stiv Cobs bu gün anadan olub.

24/02/1977 - Türkiyəli fizik Prof. Dr. Feza Gürsey Oppenheimer Mükafatına layiq görülüb. Gürsey mükafatını amerikalı fizik Sheldon Glashow ilə bölüşüb.

24/02/1981 - Bukingem Sarayı şahzadə Çarlz və xanım Diananın nişanlandığını elan edib.

24/02/1987 - Sovet İttifaqında Qorbaçov ilk dəfə "Qlasnost" (açıqlıq siyasəti) haqqında danışıb.

24/02/1989 - Ayətullah Xomeyni Şeytan ayələrinin müəllifi Salman Rüşdinin cəsədini gətirənlərə 3 milyon dollar mükafat verəcəyini açıqlayıb.

24/02/1992 — Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.

24/02/2008 - Fidel Kastro əlli illik hakimiyyətdən sonra təqaüdə çıxıb. Ondan sonra Raul Kastro Kubanın prezidenti oldu.

24/02/ 2015 - Qazaxlı diplomat, siyasətçi və iş adamı Rahat Əliyev bu gün vəfat edib.

24/02/2016 – İtalyan aktrisa Adriana Benetti bu gün vəfat edib