21 fevral tarixində dünyada nələr baş verib?

21 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

21 fevral tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

21/02/1921 - Azərbaycanlı rəssam Böyükağa Mirzəzadə bu gün anadan olub.

21/02/1927 - Time jurnalı ikinci dəfə Mustafa Kamal Paşanın çəkilini öz üz qapağında nəşr edib.

21/02/1952 - Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olub. O, ilk dəfə Lissabonda keçirilən görüşdə iştirak edib.

21/02/1958 - İlk Türkiyə Peşəkar Futbol Liqası başlaıb. İlk oyun “İzmirspor”la “Beykoz” arasında keçirilib.

21/02/1958 - Camal Əbdül Nasser Birləşmiş Ərəb Respublikasının (BAC) prezidenti seçildi.

21/02/1965 - Qaradərili müsəlmanların lideri Malkolm X çıxışı zamanı güllələnib.

21/02/1972 - ABŞ prezidenti Riçard Nikson ABŞ-Çin münasibətlərini normallaşdırmaq üçün Pekinə səfər edib.

21/02/1992 - Azərbaycan, Fransa və Polşa arasında diplomatik əlaqələr qurulmuşdur.

21/02/1997 - Azərbaycan şərqşünası Ziya Bünyadov Bakıda yaşadığı binanın blokunda çıxarkən cinayətkər qrup tərəfindən bıçaq və odlu silahla qətlə yetirilmişdir.

21/02/2005 - Esseist, filosof Nermi Uyğur tarixdə bu gün 80 yaşında vəfat edib.

21/02/2006 - İraqın paytaxtı Bağdadda şiələrin məskunlaşdığı Dora rayonundakı bazarda bomba yüklü avtomobil partladılıb. 22 nəfər ölüb, 28 nəfər yaralanıb.