Qazaxıstan Türkiyəyə yardım göndərməyə hazırdır - Tokayev

Qazaxıstan Türkiyəyə yardım göndərməyə hazırdır - Tokayev

Bakı.TurkicWorld:

Qazaxıstan Türkiyəyə faciəvi zəlzələnin nəticələrini aradan qaldırmaqda köməklik göstərməyə hazırdır.

TurkicWorld-in Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana ünvanladığı məktubda deyib.

"Türkiyədəki dağıdıcı zəlzələ nəticəsində mühüm sayda insan tələfatına dair xəbəri dərin hüznlə aldım. Qazaxıstan xalqı adından və şəxsən öz adımdan bu çətin günlərdə həlak olanların ailələrinə, həmçinin, qardaş türk xalqına başsağlığı verirəm.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.