Zəlzələ nəticəsində 3 şəhidimiz və yaralılarımız var - Hulusi Akar

Zəlzələ nəticəsində 3 şəhidimiz və yaralılarımız var - Hulusi Akar

Bakı. TurkicWorld:

Silahlı Qüvvələr olaraq dəyən ziyanın və itkilərin müəyyən edilməsi istiqamətində səylərimizi davam etdiririk.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

"Təəssüf ki, 3 şəhidimiz, yaralımız var", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.