Türkiyəyə ilkin yardım məqsədilə zəruri vasitələr çatdıracaq ikinci təyyarə hazırlanır

Türkiyəyə ilkin yardım məqsədilə zəruri vasitələr çatdıracaq ikinci təyyarə hazırlanır

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə qüvvələrinin Türkiyə yollanması barədə tapşırıq verib.

TurkicWorld xəbər verir ki, 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda yola düşəcək.

Heyət xüsusi reys ilə Adana hava limanına yola salınacaq.

Azərbaycan tərəfi Türkiyəyə eyni zamanda ilkin yardım ləvazimatları da çatdıracaq. Bu məqsədlə ikinci təyyarə hazırlanır.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.