Ceyhun Bayramov Mövlud Çavuşoğlunun doğum gününü təbrik edib

Ceyhun Bayramov Mövlud Çavuşoğlunun doğum gününü təbrik edib

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə C.Bayramov bazar günü özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - deyə XİN rəhbəri bildirib.