Beynəlxalq nümayəndə heyəti Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını müşahidə edib

Beynəlxalq nümayəndə heyəti Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını müşahidə edib

Şuşa. TurkicWorld:

Beynəlxaq səyahətçilər qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasını müşahidə edib.

TurkicWorld-in müxbirinin verdiyi xəbərə görə, səyahətçilər aksiyanın dinc xarakter daşıdığı və Qarabağ İqtisadi rayonunda təbii resursların qanunsuz istismarının dayandırılmasına yönəlməsi barədə məlumatlandırılıb.

Qeyd edək ki, Şuşa şəhərinin yaxınlığında sülhməramlıların postu yaxınlığında keçirilən aksiya artıq əlli beşinci gündür davam edir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.