BQXK-ya məxsus 8 avtomobilin aksiya ərazisindən keçməsinə şərait yaradılıb

BQXK-ya məxsus 8 avtomobilin aksiya ərazisindən keçməsinə şərait yaradılıb

Bakı. TurkicWorld:

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

TurkicWorld-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 7 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.