5 fevral tarixində dünyada nələr baş verib?

5 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

5 fevral tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

05/02/1869 – Avstraliyada dünyada ən böyük qızıl külçə aşkar edilib. Hazırda muzeydə saxlanan həmin külçənin kütləsi 78 kiloqram, saflığı isə 91 faizə yaxındır.

05/02/1918 – Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayev anadan olub.

05/02/1932 – Süleymaniyyə məscidində ilk türk xütbəsi oxunub.

05/02/1962 – Fransa keçmiş müstəmləkəsi olan Əlcəzairin müstəqilliyini tanıyıb. Əlcəzair xalqı 6 illik müstəqillik müharibəsindən sonra buna nail olub.

05/02/1975 – Amerika Birləşmiş Ştatları Türkiyəyə silah embarqosu tətbiq etməyə başladı. Embarqonun əsası isə 1974-cü ilin iyul-avqust aylarında Türkiyənin Kiprə hərbi müdaxiləsi olub.

05/02/1976 – Amerikanın təyyarə şirkəti Lockheed Türkiyədə rüşvət verdiklərini açıqladı.

05/02/1985 — Məhşur portuqaliyalı futbolçu Kriştiano Ronaldo bu gün anadan olub.

05/02/1991 – Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Digər bir qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağına Azərbaycan Respublikasının dövlət bayrağı statusu verilib. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

05/02/1992 — Məhşur braziliyalı futbolçu Neymar bu gün anadan olub.

05/02/1994 – Sarayevoda bazarda minaatan mərmisi partlayıb. Hadisə nəticəsində 68 nəfər ölüb, 200 nəfər yaralanıb.

05/02/2006 – Trabzondakı Santa Maria kilsəsinin katolik keşişi Andrea Santoro silahlı hücum nəticəsində həlak olub. Santoronun qətlində şübhəli bilinən 16 yaşlı orta məktəb şagirdi O.A. saxlanılıb.

05/02/2019 — Roma Papası Fransisk Əbu-Dabiyə səfəri zamanı tarixdə Ərəbistan yarımadasını ziyarət edən və papalıq mərasimini keçirən ilk Roma Papası olmuşdur.