2 fevral tarixində dünyada nələr baş verib?

2 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

2 fevral tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

02/02/1535 — Argentinanın Buenos-Ayres şəhərinin əsası qoyulub.

02/02/1589 — Moskva Patriarxlığı yaradılıb.

02/02/1918 – ABŞ I Dünya Müharibəsinə qatılıb.

02/02/1936 – Türkiyənin Qalatasaray futbol klubunun oyunçusu (Kral ləqəbli) Metin Oktay bu gün anadan olub.

02/02/1938 – Türkiyənin Bursa şəhərindəki Merinos Fabriki Atatürkündə iştirak etdiyi mərasimlə açılıb.

02/02/1943 — İkinci dünya müharibəsində Stalinqrad döyüşü başa çatıb.

02/02/1967 – Türkiyənin Baş nazirliyinin Xüsusi Texniki müşaviri Turqut Özal Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsinə təyin edilib.

02/02/1970 — Münhendə ilk dəfə sinir transplantasiyası həyata keçirilib.

02/02/1971 — İdi Amin Dada Uqandada dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlib.

02/02/1981 – Türkiyənin ilk qadın rektoru Prof. Dr. Ayşe Saffet Alpar dünyasını dəyişib.

02/02/1986 — Lixtenşteyndə qadınlar ilk dəfə seçkilərdə iştirak ediblər.

02/02/1989 — Sonuncu sovet əsgəri Əfqanıstanı tərk edib.

02/02/1990 – Cənubi Afrika Prezidenti De Klerk Afrika Milli Konqresinə qoyulan 30 illik qadağanı ləğv edib və Nelson Mandela da daxil olmaqla siyasi məhbusların ən qısa zamanda azad ediləcəyini söyləyib.

02/02/1991 – Jurnalistlərin Silopi və Cizrəyə girişi qadağan edilib.

02/02/1996 – Azərbaycan gənclərinin ilk Ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

02/02/2000 – Fil Dişi Sahili Milli Komandası Afrika Kubokunun ilk mərhələsində mübarizədən kənarlaşdırıldıqda, ölkənin diktatoru bütün futbolçuları hərbi düşərgədə həbs etdi.

02/02/2004 – Konyanın Səlcuqlu rayonunda 11 mərtəbəli Zümrüt mənzili tikinti xətası ucbatından uçub. Hadisə nəticəsində 92 nəfər vəfat edib.

02/02/2004 Türkiyə hökuməti Aralıq dənizi sahilində yerləşən, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edən Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib.