31 yanvar tarixində dünyada nələr baş verib?

31 yanvar tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

31 yanvar tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

31/01/1884 - Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə bu gün anadan olub.

31/01/1790 – Osmanlı-Prussiya ittifaqı.

31/01/1906 – İvan Vasilyeviç Babuşkin güllələnib. Babuşkin Rusiya Sosial Demokrat İşçi Partiyasının (bolşeviklər) yaradıcılarından biri idi.

31/01/1927 – Müttəfiqlərin Almaniya üzərində nəzarəti başa çatıb. Bundan sonra Millətlər İttifaqı Almaniyanın yenidən silahlanmasına nəzarət edəcək.

31/01/1934 – Nazım Hikmət, Nail Vəhtədi, Tosun Ömər və Yonqa Ömər 5 il həbs cəzasına məhkum edilib.

31/01/1935 –İkinci Dünya Müharibəsindən sonrakı nəsilin məyusluğunu və üsyanını öz əsərlərində ifadə edən, 1994-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı olan yapon yazar Oe Kenzaburo bu gün anadan olub.

31/01/1943 – Almanlar Stalinqradda məğlub olublar.

31/01/1961 – İsrailin baş naziri Ben Qurion istefa verib.

31/01/1964 – III. London Konfransı 19 günlük işdən sonra heç bir nəticə vermədən başa çatıb.

31.01.1965 – Türkiyənin Səhiyyə Nazirliyi ölkədə insanların ortalama ömrünün 33 il olduğunu bildirib.

31/01/1990 – Atatürkçü Düşüncə Fondu və Türkiyə Hüquq Qurumunun sədri Prof. Muammer Aksoy evinin qarşısında güllələnərək öldürülüb.

31/01/1999 – Türkiyənin məhşur pop müğənnisi, söz yazarı və bəstəkarı Barış Manço bu gün vəfat edib.