30 yanvar tarixində dünyada nələr baş verib?

30 yanvar tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

30 yanvar tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir

30/01/1882 – Dörd dəfə eyni vəzifəyə seçilən, ABŞ-ın 32-ci prezidenti, Franklin D Ruzvelt bu gün anadan olub.

30/01/1919 – Paris Sülh Konfransında Antanta dövlətləri Osmanlı Dövlətinin parçalanması qərarına gəldilər.

30.01.1931 – Türk boksçu Küçük Kamal Yunan çempionu Angelidisi məğlub edib.

30/01/1933 – Adolf Hitler Almaniyanın kansleri olub.

30/01/1942 – Türkiyədə tort istehsalı və ticarəti qadağan edilib.

30/01/1946 – Macarıstan respublika elan edilib.

30/01/1948 – Hindistan lideri Mahatma Qandi Yeni Dehlidə öldürülüb.

30/01/1950 – Sovet İttifaqı Şimali Vyetnam rejimini tanıyıb. Fransa Sovet İttifaqına bu qərarında etiraz edib.

30/01/1969 – Türkiyədə ilk böyrək transplantasiyası bu gün Beyoğlu Dövlət Xəstəxanasında Yusuf Özer adlı xəstəyə edilib. Lakin Yusuf Özer ona implantasiya edilən böyrəyin ruhi xəstədən götürüldüyünü iddia edərək prokurorluğa müraciət edib.

30/01/1975 – Türk Hava Yollarına məxsus Bursa təyyarəsi Mərmərə dənizinə düşüb. 34 sərnişin və 4 ekipaj üzvü həlak olub.

30/01/1985 – "Sea Wolf-85" təlimində tank desant gəmisi fırtınada batıb. Qəzada 39 zabit, gizir və sıravi əsgər həyatını itirib.

30/01/2005 – İraqda 50 ildən sonra ilk dəfə çoxpartiyalı seçkilər keçirilib. Sünnilər seçkini boykot ediblər. Seçkilərin qalibi şiələr olub. Cəlal Təlabani ölkənin ilk kürd prezidenti seçilib. Şiə İbrahim Cəfəri də baş nazir oldu.