Laçın-Xankəndi yolundan BQXK-nın avtomobilləri keçib

Laçın-Xankəndi yolundan BQXK-nın avtomobilləri  keçib

Şuşa. TurkicWorld

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 49 gündür davam edir.