27 yanvar tarxində dünyada nələr baş verib?

27 yanvar tarxində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

27 yanvar tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

27/01/1756 – Haydn və Bethoven ilə birlikdə Vyana Klassik Məktəbinin aparıcı nümayəndələrindən biri olan Avstriyalı bəstəkar Volfqanq Amadey Motsart bu gün anadan olub.

27/01/1832 – İngilis yazıçısı, fotoqrafı, məntiqçisi və riyaziyyatçısı, xüsusilə də ‘Alisa möcüzələr ölkəsində’ əsəri ilə tanınan Lewis Carroll bu gün anadan olub.

27/01/1880 – Tomas Edison elektrik lampasını patentləşdirib.

27/01/1923 – Almaniyada Nasist Partiyasının birinci qurultayı çağırılıb. İclasda çıxış edən Adolf Hitler Versal müqaviləsinin ləğv edilməsini tələb edib.

27/01/1923 – İzmirə gələn Mustafa Kamal Paşa Ege turuna başladığı gün Karşıyakada qatardan düşərək 14 yanvar günü vəfat etmiş anasının məzarını ziyarət edib.

27/01/1926 – Şotlandiyalı ixtiraçı Con Logie Baird Londonda ilk realiti televiziya yayımını edib. Bununlada əyləncə dünyasında yeni bir dövr açıldı.

27/01/1932 – Üçqat Olimpiya qızıl mükafatçısı və 10 qat dünya çempionu sovet gimnastı Boris Anfiyanovic Şahlin bu gün anadan olub.

27/01/1934 – Edith Cresson, Fransanın ilk qadın baş naziri bu gün anadan olub.

27/01/1937 – Hatayın müstəqilliyi Cenevrədə Millətlər Cəmiyyətinin toplantısında qəbul edilib.

27/01/1945 - Osventsim konsentrasiya düşərgəsi Sovetlər tərəfindən ələ keçirilib. Düşərgədə 5000-dən çox məhbusun olduğu bildirlib ki, onların əksəriyyəti də xəstəlikdən və aclıqdan vəfat edib.

27/01/1967 – Apollon 1 kosmik gəmisi yanıb. Astronavtlar Grissom, White və Chaffee vəfat edib.

27/01/1973 – Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadır Dəmir erməni terrorçunun hücumu nəticəsində həlak olub.

27/01/1973 – ABŞ və Vyetnam atəşkəs sazişi imzalayıblar.

27/01/1991 – Somali diktatoru Məhəmməd Siyad Barre üsyançılar paytaxt Moqadişunu ələ keçirdikdən sonra ölkədən qaçıb.

27/01/1994 – Türkiyənin Daxili İşlər Naziri Nahit Menteşe İstanbul Kumkapı Polis Bölməsində saxlanılan Vakkas Dost adlı vətəndaşın polis əməkdaşı Nurettin Öztürk tərəfindən döyülərək öldürüldüyünü açıqlayıb.

27/01/1995 – 1994-cü ilin sentyabrın ayından Parisdə həbsdə olan Dev-Sol lideri Dursun Karataş 1995-ci ildə azadlığa çıxıb. Dursun Karataş saxta şəxsiyyət vəsiqəsi ilə Fransaya daxil olarkən həbs edilib.