26 yanvar tarxində dünyada nələr baş verib?

26 yanvar tarxində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

26 yanvar tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

26/01/1823 - Çiçək xəstəliyinə qarşı peyvəndi kəşf edən ingilis həkimi Edvard Cenner bu gün vəfat edib.

26/01/1904 - İnsan hüquqları sahəsindəki səylərinə görə 1974-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş İrlandiyalı dövlət xadimi Sean MacBride bu gün anadan olub.

26/01/1905 - Cənubi Afrikanın Pretoria şəhərində 3106 karat dəyərində dünyanın ən böyük almazı tapılıb. Almaz "Cullinan" adını verilib. 9 parçaya kəsilmiş almazdan əldə edilən "Afrikanın Böyük Ulduzu" adlı 530,2 karatlıq, böyük almaz İngilis tacının üzərinə quraşdırılıb.

26/01/1950 – Hindistan respublika elan edilib.

26/01/1959 - Bağdad Paktı Şurası Kəraçidə toplandı. Görüşdə Türkiyə adından baş nazir Adnan Menderes və xarici işlər naziri Fatin Rüştü Zorlu iştirak edib.

26.01.1963 – "Hürriyet" qəzetinin müxbiri Yüksel Kasapbaşı, fotomüxbir Abidin Behpur və sürücü Yüksel Öztürk peşə borcunu yerinə yetirərkən yolda donaraq ölüb.

26/01/1974 - Türk Hava Yollarına məxsus Van adlı sərnişin təyyarəsi İzmir Cumaovası Hava Limanında uçuş zolağına 100 metr aralıda qəzaya uğradı. Hadisə nəticəsində 63 nəfər həlak olub.

26/01/2000 - İstanbul Dövlət Konservatoriyasının qurucusu Fuat Türkay 93 yaşında İstanbulda vəfat edib.