Rusiya sülhməramlılarına məxsus üç yük və bir minik avtomobili Laçın yolundan keçib

Rusiya sülhməramlılarına məxsus üç yük və bir minik avtomobili Laçın yolundan keçib

Şuşa. TurkicWorld:

Rusiya sülhməramlılarına məxsus daha üç yük və bir minik avtomobili Laçın yolundan keçib.

TurkicWorld-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Səhər saatlarından indiyə qədər ümumilikdə Laçın yolundan 22 avtomobil keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 43 gündür davam edir.