...

Sülhməramlılara aid daha bir minik maşını Laçın yolundan maneəsiz keçib

Digər xəbərlər Digər xəbərlər 21 Yanvar 2023 13:03
TurkicWorld Daspina HasanovaNe
Sülhməramlılara aid daha bir minik maşını Laçın yolundan maneəsiz keçib

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, avtomobil Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidi üçün şərait yaradıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 41 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xəbərlər

Xəbər lenti