Sülhməramlılara aid 2 hərbi maşın Laçın yolundan maneəsiz keçib

Sülhməramlılara aid 2 hərbi maşın Laçın yolundan maneəsiz keçib

Şuşa. TurkicWorld:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

TurkicWorld-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 2 hərbi avtomobil Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidi üçün şərait yaradıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.