Paşinyan: Rusiyanın Ermənistanda hərbi mövcudluğu respublika üçün təhlükə yaradır

Paşinyan: Rusiyanın Ermənistanda hərbi mövcudluğu respublika üçün təhlükə yaradır

Bakı. TurkicWorld:

Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki sonuncunun təhlükəsizliyinə təminat vermir, əksinə, respublika üçün təhlükələr yaradır.

TurkicWorld-un çərşənbə axşamı Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu baş nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın baş naziri bəyan edib ki, Rusiya ilə onun respublika ərazisində hərbi mövcudluğunun rolu və əhəmiyyəti barədə söhbət gedir.

Qeyd edək ki, son vaxtlar Ermənistanda Rusiya Federasiyasının (RF) 102-ci hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı daha çox çağırışlar səslənir. Bu günlərdə RF Silahlı Qüvvələrinin hərbi bazasının yaxınlığında “Milli Demokratik Qütb” siyasi hərəkatının təşkilatçılığı ilə Rusiya əleyhinə aksiya keçirilib. Aksiya zamanı nümayişçilər bazaya gedən yolu bağlayıblar.

“Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal olunub”, - Hərəkatın şurasının üzvü Vahe Qasparyan bildirib.