Türkiyədə zəlzələdən sonra iki ölüm faktı qeydə alınıb

Türkiyədə zəlzələdən sonra iki ölüm faktı qeydə alınıb

Bakı. TurkicWorld:

Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra iki ölüm faktı qeydə alınıb.

TurkicWorld Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, 48 yaşlı kişi və 63 yaşlı qadın ürəktutması nəticəsində vəfat edib.

Ümumilikdə, yaralananların sayı 50 nəfər təşkil edib.

Bu gün səhər saatlarında baş verən yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərdə də hiss olunub. Zəlzələdən sonra çoxlu sayda afterşok qeydə alınıb.