...

Gələn il Bakıda daha bir metrostansiyanın tikintisi davam etdiriləcək

Digər xəbərlər Digər xəbərlər 22 Noyabr 2022 17:57
TurkicWorld Daspina Hasanova
Gələn il Bakıda daha bir metrostansiyanın tikintisi davam etdiriləcək

Bakı. TurkicWorld:

Bakı metropoliteninin Yaşıl xətti üzrə yerləşən, şərti adı Y-15 olan "Həzi Aslanov-2" stansiyasının tikintisi gələn il davam etdiriləcək.

Bu barədə TurkicWorld-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

"Hazırda "Həzi Aslanov-2" stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var", - Ə.Osmanov bildirib.

Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

Xəbərlər

Xəbər lenti