Xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir - Teymur Musayev

Xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir - Teymur Musayev

Bakı. TurkicWorld:

17 may 2022-ci il tarixdə Ankara şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq üzrə Yol Xəritəsində biznes forumların hər iki ölkədə mütəmadi təşkili nəzərdə tutulur.

TurkicWorld-un məlumatına görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimi zamanı bunu deyib.

Nazir qeyd edib ki, hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir.

“Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. Bu gün burada auditoriyada hər iki tərəfdən əczaçılıq sektorunun nümayəndələri, tibbi avadanlıq istehsalçıları, tibbi turizm nümayəndələri iştirak edirlər. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və Forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyətlər vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”,- deyə nazir əlavə edib.