Türkiyə çoxşaxəli mədəniyyət və incəsənət tədbiri olan “Türkiyə Mədəniyyət Yolu Festivalları”na hazırlaşır

Türkiyə çoxşaxəli mədəniyyət və incəsənət tədbiri olan “Türkiyə Mədəniyyət Yolu Festivalları”na hazırlaşır

Bakı. TurkicWorld:

Türkiyənin mədəniyyət və turizm nazirliyinin təşkilatçılığı ilə keçirilən “Türkiyə Mədəniyyət Yolu Festivalları” Türkiyənin 5 vilayətində hər zamankından daha əhatəli tədbirlərlə başlayacaq. TurkicWorld-un məlumatına görə, İstanbul, Ankara, Çanaqqala, Diyarbəkir və Konyada keçiriləcək festivallara dünyanın müxtəlif ölkələrindən çoxlu turistin gələcəyi gözlənilir.

Keçən il ilk dəfə Beyoğlu Mədəniyyət Yolu Festivalı adı altında təşkil edilən və bu il Ankara Mədəniyyət Yolu tədbirləri ilə genişləndirilən "Türkiyə Mədəniyyət Yolu Festivalı" bu dəfə 5 vilayətdə daha geniş tədbirlərlə Türkiyənin mədəniyyət və incəsənət bacarıqlarını nümayiş etdirir.

Təxminən 15 000 sənətçinin qatılacağı festivalda incəsənət, film, ədəbiyyat, rəqs, musiqi və rəqəmsal sahələri də daxil olmaqla 3000-dən çox fərqli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ölkənin mədəni irsini dünyaya tanıtdırmaq üçün təşkil edilən Türkiyə Mədəniyyət Yolu Festivalları ilə mədəni irsi inkişaf etdirməyi hədəflədiklərini bildirən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Keçən il Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başlatdığımız təşəbbüsü bu dəfə beş bölgədə daha əhatəli tədbirlər təşkil edərək geniş auditoriya ilə davam etdirəcəyik” dedi.

Çanaqqalada keçiriləcək Troya Mədəniyyət Yolu Festivalında sərgi, konsert, toplantı və reportajlar, ustad dərsləri kimi 100-dən çox tədbir yer alır. Festival zamanı şəhərin 40-dan çox meydanında 1000-dən çox sənətçi çıxış edəcək.

Beyoğlu və Ankara Kültür Yolu şənlikləri 1-23 oktyabr tarixlərində eyni vaxtda keçiriləcək. Beyoğlu Mədəniyyət Yolu festivalı çərçivəsində təşkil edilən tədbirdə 6 mindən çox sənətçi səhnəyə çıxacaq.

Ankara Kültür Yolu Festivalı çərçivəsində Ulus Məhəlləsində 5,7 km-lik yol boyunca təşkil edilən təxminən 70-ə yaxın səhnədə 5000 sənətçinin iştirakı ilə 500-dən çox tədbir keçiriləcək.

Oktyabrın 8-16-da keçiriləcək Sur Mədəniyyət Yolu Festivalı çərçivəsində təşkil edilən 500-ə yaxın tədbirdə 2000-dən çox sənətçi Diyarbəkirin mədəniyyət və incəsənət sahəsindəki təcrübələrini və ənənələrini sərgiləyəcək.

Türk Kültür Yolu festivalları siyahısına daxil edilən 19-cu Beynəlxalq Konya Təsəvvüf Musiqisi Festivalı da sənətsevərlərin marağına səbəb olur. Mövlana Cəlaləddin Ruminin anadan olmasının 815-ci ildönümü münasibəti ilə sentyabrın 22-30-da keçiriləcək festivala Türkiyə, İspaniya, Misir, Azərbaycan, Almaniya, Özbəkistan, Hindistan və İrandan bir çox musiqiçi dəvət olunub.