Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)

Bakı. TurkicWorld:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızla bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin".