Kəndimizin azad olunduğu gün yenidən doğulduğumuz gündür - Sus sakini

Kəndimizin azad olunduğu gün yenidən doğulduğumuz gündür - Sus sakini

Bakı. TurkicWorld:

Kəndimizin düşmən tapdağından azad olunduğu gün bizim yenidən doğulduğumuz, anadan olduğumuz gündür.

Bunu AzerPress -ə açıqlamasında işğaldan azad olunan Laçın rayonunun Sus kənd sakini Şahin İsgəndərov deyib.

O qeyd edib ki, Sus kəndi işğal ediləndə onun 18 yaşı olub:

"Hazırda 48 yaşım var. Kənddən çıxarılanda yeniyetmə idim, indi artıq orta nəslin nümayəndəsiyəm. Sevincimin həddi-hüdudu yoxdur. Bundan böyük sevinc hissi olmaz. Bu sevinci dillə ifadə etmək olmaz. Doğulduğum kəndə 30 ildir həsrət qalmışdıq. Evimiz, kəndimiz düşmən ayağı altında idi. Şükürlər olsun ki, artıq bizim də kəndimiz azaddır. Bu sevinci bizə bəxş edən Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Kəndimizə hələ gedə bilməsək də, ümid edirik ki, yaxın vaxtlarda ata-baba yurdumuza, doğma evimizə qayıdacağıq".