Türkiyə nümayəndə heyəti F-16 qırıcıları üzrə danışıqlar üçün ABŞ-a yollanıb

Türkiyə nümayəndə heyəti F-16 qırıcıları üzrə danışıqlar üçün ABŞ-a yollanıb

Türkiyənin Milli Müdafiə Nazirliyinin texniki nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə F-16 qırıcılarının modernləşdirilməsi və alınması məsələsini müzakirə etmək üçün ABŞ-a yollanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

"Türkiyənin Milli Müdafiə Nazirliyinin texniki nümayəndə heyəti ABŞ-ın dəvəti ilə F-16-ların modernləşdirilməsi və alınması prosesini sürətli şəkildə həyata keçirmək üçün bu ölkəyə gedib", - deyə açıqlamada bildirilir.

Xatırladılır ki, daha əvvəl tərəflər bu mövzuda bir sıra məsləhətləşmələr aparıblar.