“Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız hazırlıq məşqlərini davam etdirir (FOTO)

“Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız hazırlıq məşqlərini davam etdirir (FOTO)

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız plana uyğun olaraq hazırlıq məşqlərini davam etdirir.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, hərbi dənizçilərimiz "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodu üzrə məşq çalışmalarını yerinə yetiriblər.

Qeyd edək ki, cari ilin avqust ayının 15-dən 25-dək keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparacaqlar.