İri çarplı pulemyot CANİK M2 QCB Türkiyə ordusunun inventarına qəbul edilib

İri çarplı pulemyot CANİK M2 QCB Türkiyə ordusunun inventarına qəbul edilib

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə Sənayesi Komitəsinin qəbul etdiyi Türkiyənin yerli və milli istehsalı olan iri çarplı pulemyot CANİK M2 QCB Türkiyənin Müdafiə Sənayesi Komitəsi tərəfindən ordunun inventarına qəbul edilib. TurkicWorld-un məlumatına görə, Türkiyənin Müdafiə Sənayesi Komitəsi ilə dünyanın qabaqcıl yüngül silah istehsalçılarından biri olan CANİK arasında 2018-ci ildə imzalanan “Platforma Pulemyotu” layihəsi çərçivəsində hazırlanan CANiK M2 QCB Türkiyənin yeganə və ən böyük çarplı pulemyotu olaraq təsdiqlənib.

Yerli və milli 12,7 x 99 mm zenit pulemiyotu üçün son 3 il ərzində 600 milyon türk lirəsidən çox investisiya yatırılıb.

Bütün sınaq və kvalifikasiya proseslərini uğurla başa vuraraq, dünyadakı rəqiblərinin göstəricilərindən üstün olan CANiK M2 QCB, tez dəyişən lülə xüsusiyyəti ilə Türkiyənin təstiq etdiyi ən iri çaplı pulemyot olma uğurunu da əldə edib.

CANiK M2 QCB, Müdafiə Sənayesi Komitəsi ilə 45 günlük müddətdə Amerikanın “TOP Gun” programına və NATO standartlarına uyğun olaraq 23 fərqli testin hamısını müvəffəqiyyətlə tamamlayan yeganə silah olub.

Onuda qeyd edək ki, 20 min lülə atış ömrü ilə dünya rekordu da qırıb.