Türkiyənin qərbində yanğınsöndürənlər Çanaqqalada meşə yanğınını söndürürlər

Türkiyənin qərbində yanğınsöndürənlər Çanaqqalada meşə yanğınını söndürürlər

Bakı. TurkicWorld:

Türkiyənin qərbində Çanaqqala vilayətinin Çan rayonunda yanğınsöndürənlər meşə yanğının yayılmasını lokallaşdıra biliblər.

TurkicWorld xəbər verir ki, Çakılköy kəndi yaxınlığında baş verən yanğının səbəbi hələlik məlum deyil.

Yanğının söndürülməsinə 6 vertolyot, 4 təyyarə, 13 yanğınsöndürən maşın, 3 buldozer cəlb olunub.

Yanğın 10 hektar meşə sahəsinə ziyan vurub.