...

Laçında yaralanan əsgərimiz də vəfat etdi

Digər xəbərlər Digər xəbərlər 5 Avqust 2022 15:54
Trend Tasnem Ismukhan
Laçında yaralanan əsgərimiz də vəfat etdi

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Bu barədə məlumatı Trend-ə Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilirdi.

Xəbərlər

Xəbər lenti