Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artıb

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artıb

Türkiyədə bu günədək meymunçiçəyinə 5 nəfər yoluxub.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, yoluxanlardan 4 nəfəri artıq sağalıb.

"1 xəstə hələlik təcrid rejimindədir. Sağlamlıq vəziyyəti yaxşıdır. Bu xəstəliyin Türkiyədə epidemiyaya çevrilməsi riski yoxdur", - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı iyunun 30-da aşkar edilib.