“Taxıl sazişi” üzrə ilk gəmi Ukraynadan yola düşüb

“Taxıl sazişi” üzrə ilk gəmi Ukraynadan yola düşüb

Bakı. TurkicWorld:

“Taxıl daşınması sazişi” çərçivəsində qarğıdalı yüklü ilk gəmi Livana getmək üçün Ukraynanın Odessa limanından yola düşüb.

Bu barədə TurkicWorld Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bu barədə daha əvvəl məlumat yayılmışdı.

Xatırladaq ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.