Türkiyədə günlük Covid-19-a yoluxanların sayı 40 dəfəyə qədər artıb - Fahrettin Koca

Türkiyədə günlük Covid-19-a yoluxanların sayı 40 dəfəyə qədər artıb - Fahrettin Koca

Bakı. TurkicWorld:

Türkiyədə günlük Covid-19-a yoluxanların sayı 40 dəfəyə qədər artıb. TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

O bildirib ki, xəstələrin sayının artmasına baxmayaraq xəstəxanaların iş səviyyəsi sadəcə üç dəfə artıb.

"Bundan sonra Covid-19 pandemiyası ilə necə yaşayacağımızı bilirik. Yenidən bağlanma və ya buna bənzər hallar olmayacaq.” – deyə nazir qeyd edib.

Koca xüsusilə 50 yaşdan yuxarı kritik və riskli sağlamlıq problemi olanların bu dövrdə peyvənd etmələrinin vacib olduğunu vurğulayıb.

“TURKOVAC peyvəndi covind-19 pandemiyasına qarşı nəticələrindən çox razıyıq.” - deyə o qeyd edib.