Türkiyədə koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb

Türkiyədə koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb

Bakı. TurkicWorld:

Türkiyədə koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb, yoluxmaların əsas payı "omikron" ştammına düşür.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

"Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəl qeydə alınan göstəricilərlə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində isə demək olar ki, 5 dəfə artıb", - deyə Nazirlikdən bildirilib.