Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb

Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb

Bakı. TurkicWorld:

Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunub ki, infeksiya 37 yaşlı şəxsdə aşkar edilib.

Səhiyyə naziri həmin şəxsin təcrid olunduğunu, onun təmaslarının araşdırıldığını, digər yoluxma faktının olmadığını bildirib.