Türkiyədə terroru maliyyələşdirmək cinayəti törədən şübhəlilər saxlanılıb

Türkiyədə terroru maliyyələşdirmək cinayəti törədən şübhəlilər saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Ankara şəhərində yerləşən 12 vilayətdə həyata keçirilən əməliyyatda PKK terror təşkilatına maliyyə vəsaiti təmin etməklə terroru maliyyələşdirmək cinayəti törətmiş 18 şübhəlidən 12-si yaxalanıb. TurkicWorld-un məlumatına görə, Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 18 şübhəlinin təşkilati məqsədlə açılan bank hesab nömrələri vasitəsilə terror təşkilatı DEAŞ-a pul yardımı etdiyi müəyyən edilib.

Məlumata görə, göndərilən pulların Türkiyədə məskunlaşan və Suriyadakı münaqişə bölgələrində fəaliyyət göstərən PKK terror təşkilatı üzvlərinə və onların ailələrinə köçürüldüyü müəyyən edilib.

Qeyd edək ki, "terrorun maliyyələşdirilməsi" cinayətini törətməkdə şübhəli bilinərək saxlanılanların hamısı Türkiyə vətəndaşıdır.

Xatırladaq ki, əməliyyat zamanı 12 nəfər saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində işlər isə hələ də davam etdir.