Diyarbəkirdə 200-dən çox narkotik ticarətçisi saxlanılıb

Diyarbəkirdə 200-dən çox narkotik ticarətçisi saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Diyarbəkir şəhərində 213 narkotik ticarətçisi saxlanılıb. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirb.

Onun sözlərinə görə, sentyabr ayının 21-dən bu yana Diyarbəkirin 10 fərqli vilayətində keçirilən əməliyyatda 205 ünvandan 213 nəfər saxlanılıb.

"Təşkilatın liderinə qarşı aparılan araşdırmalar zamanı məlum olub ki, narkotik maddələr İranda istehsal olunaraq sərhədlərdən Türkiyəyə gətirilib." – deyə nazir bildirib.

Soylu onuda əlavə edib ki, əməliyyatın ilk günündən bu yana ümumilikdə 243 kiloqram sirr və onun törəmələri aşkar edilərək ələ keçirilib.

Qeyd edək ki, sonuncu keçirilən əməliyyat zamanı 64 şübhəli ələ keçirilib. Şübhəlilər arasında olan iki qadının təşkilat başçilarından olduqları öyrənilib.