Türkiyənin İnsansız Dəniz Aparatlarının təkminləşdirilməsi üzrə işlər davam etdirilir

Türkiyənin İnsansız Dəniz Aparatlarının təkminləşdirilməsi üzrə işlər davam etdirilir

Bakı. TurkicWorld:

Türkiyə Prezidentinin təşəbbüsü ilə ASELSAN tərəfindən həyata keçirilən Sürü İnsansız Dəniz Aparatı (İDA) layihəsinin təkminləşdirilmə işləri davam etdilir. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Başçısı İsmail Dəmir deyib.

O bildirib ki, layihə çərçivəsində daha əvvəl hazırlanmış ALBATROS-S Sürü İDA-dan sonra yeni və daha böyük MİR İnsansız Dəniz Aparatı Sefine Shipyard və ASELSAN şirkətlərinin birgə əməkdaşlığı ilə hazırlanıb.

“Sürü İDA layihələrimizdən biri olan ALBATROS-S İDA-ları artıq bir çox sınaqlardan müvəfəqiyyətlə keçib. Biz bu İDA-ları daha da inkişaf etdirmək və daha mürəkkəb hala salmağa çalışırıq”, - deyə İsmail Dəmir əlavə edib.