Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN

Bakı. TurkicWorld:

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.