Türkiyə ordusu İraqda 9 terrorçu zərərsizləşdirib

Türkiyə ordusu İraqda 9 terrorçu zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında 9 PKK terrorçusu zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, PKK mənsublarının mövqeləri müəyyən edilərək zərbə endirilib.

Nazirlik "Pəncə Kilid" antiterror əməliyyatının davam etdirildiyini bildirib.