Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralılar var

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralılar var

Bakı. TurkicWorld:

Antalyanın Korkuteli rayonuda tur avtobusunun aşması nəticəsində baş verən qəzada 1 turist ölüb, 22 nəfər yaralanıb.

TurkicWorld bu barədə yerli mediaya istinadla xəbər verir ki.

Məlumata görə, qəza yerli vaxtla saat 18:30 radələrində Korkuteli Fethiye şosesində baş verib. Dənizlidən Antalyaya gedən tur avtobusu Karaman yaşayış məntəqəsi yaxınlığında aşıb. Qəzada 5 fərqli ölkədən turist kimi gəldiyi bildirilən 20 sərnişindən biri hadisə yerində ölüb, 2 bələdçi və 1 sürücü yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.