Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyən oldu

Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyən oldu

Bakı. TurkicWorld:

Bu gün 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin final mərhələsi keçirib və qalib müəyyən olunub.

TurkicWorld-un məlumatına görə, gərgin mübarizə şəraitində keçən yarışda Qran Prinin qalibi “Red Bull” komandasından Maks Verstappen olub.

İkinci yerdə “Red Bull” komandasından Serxio Peres, üçüncü yerdə isə “Mercedes” komandasının pilotu Corc Russell qərarlaşıb.