Formula 1 pilotlarının kvalifikasiya sessiyasında ilk üçlük müəyyən olundu

Formula 1 pilotlarının kvalifikasiya sessiyasında ilk üçlük müəyyən olundu

Bakı. TurkicWorld:

2022 Formula 1 Azərbaycan Qran-Prisində F1 pilotlarının kvalifikasiya sessiyası başa çatıb.

TurkicWorld xəbər verir ki, kvalifikasiya sessiyası bir saat davam edib.

Gərgin mübarizə şəraitində keçən yarışmada ilk üçlükdə “Red Bull” və “Ferrari” komandalarının pilotları qərarlaşıb.

Belə ki, birinci məşq sessiyasında finişə ən qısa zamanda çatan pilot “Ferrari” komandasından Şarl Lekler olub.

İkinci yerdə “Red Bull” komandasından Serxio Peres, üçüncü yerdə isə “Red Bull” komandasından Maks Verstappen qərarlaşıb qərarlaşıb.